XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 15:43

Səfir:“ABŞ Rusiya ilə Dağlıq Qarabağ məsələsinin nizamlanması sahəsində əməkdaşlıq edir”

“ABŞ Rusiya ilə Dağlıq Qarabağ məsələsinin nizamlanması sahəsində əməkdaşlıq edir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan “Dojd” telekanalına müsahibəsində bildirib.

O, ölkəsinin Rusiya ilə Dağlıq Qarabağ, Ukrayna, Liviya, Koreya yarımadasının nüvəsizləşdirilməsi problemləri sahəsində  əməkdaşlıq etdiyini və dialoqu davam etdirmək niyyətində olduqlarını söyləyib.

Amerikalı diplomatın sözlərinə görə, bir müddət əvvəl o və fransalı həmkarı Rusiya Xarici İşlər Nazirliyində brifinqdə olublar: “ABŞ, Fransa və Rusiya Minsk Qrupunun həmsədrləridir. Brifinqdə bizi Dağlıq Qarabağdakı hadisələrlə və Azərbaycan və Ermənistan arasındakı bitən münaqişə ilə bağlı məlumatlandırdılar. Bu, ABŞ-ın Rusiya hökuməti ilə əməkdaşlıq sferasına dair bir nümunədir. İndiki halda Fransa hökuməti ilə Minsk Qrupunun həmsədri kimi biz bu məsələ ilə bağlı əməkdaşlığımızı davam etdirmək istəyirik”.