XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 16:00

Zakir Həsənov:"Əminik ki, Mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətləri yaranacaq”

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfəsini verəcək”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

“Əminik ki, Mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər yaranacaq”, – Z.Həsənov bildirib.