XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 14:44

“Qatar Airways”dən “Bahar Endirimi” kampaniyası- 30 faizə qədər endirim

“Qatar Airways” yeni “Bahar Endirimi” kampaniyasına start verib.

Şirkətdən bildirilib ki, “Qatar Airways” baharın gəlişi ilə yeni qiymət endirimi kampaniyası keçirir. Bu aviaşirkətlə uçan müştərilər yalnız yüksək xidmət deyil, həm də xüsusi endirimlər qazanacaqlar.

Dünyanın 150-dan çox səyahət istiqamətinə mütəmadi uçuşlar təşkil edən “Qatar Airways” bu dəfə Bakıdan Dubay, Maldiv, London, Nyu-York, Vaşinqton, Əbu-Dabi, Şarja, Ras Əl-Xeym və sair istiqamətlərə səyahət edəcək müştərilərinə 30 faizə qədər endirim tətbiq edəcək.

Müştərilər xüsusi endirimli səyahət biletlərini “Qatar Airways” satış ofislərindən, www.qatarairways.com saytından və turizm agentliklərindən əldə edə bilərlər.

Kampaniya aprelin 4-18-i arasında həyata keçiriləcək və yalnız Bakıdan səyahət edən müştərilərə şamil olunacaq.