XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 20:54

Nazir təhsil alan müharibə iştirakçıları ilə bağlı tapşırıq verib- Açıqlama

“Ali təhsil alan İkinci Qarabağ müharibəsi iştirakçılarının təhsil haqlarına güzəştlərin edilməsi məsələsi tək Təhsil Nazirliyinin verdiyi qərardan asılı deyil. Bu istiqamətdə artıq bir neçə addımlar atılıb. “YAŞAT” Fondu yaradılıb”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin rəhbərlərinə də tapşırıqlar verilib ki, həmin kateqoriyadan olan vətəndaşlarla bağlı xüsusi yanaşmaları olsun:

“Ancaq hazırda biz də müəyyən qərar layihələrini hazırlamışıq. Müəyyən müzakirələr gedir. Ümid edirəm ki, bu istiqamətdə hansısa bir irəliyə doğru addım atılacaq”.