XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 21:14

“Vaksinasiyanın 50 yaşdan yuxarı müəllimlərimiz üçün mərhələli şəkildə həyata keçirilməsi düzgündür”- Nazir

“I sinfə qəbulun aparılması pandemiya şəraitindən asılı olacaq”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, son dövrdə bununla bağlı bir sıra dəyişikliklər edilib: “Məktəblərə qəbul ərazi prinsipi üzrə aparılır. Yerləşdirmələr elektron sistem vasitəsilə həyata keçirilir. Rus bölməsi ilə bağlı rus dili bilikləri yoxlanılır. Ötən il bunu distant formada etdik. Düşünürəm ki, uğurlu alındı”.

Nazir müəllimlərin COVID-19 testindən keçmə məsələsinə də münasibət bildirib: “Test iki halda məcburidir. Birincisi sizin hansısa simptomlarınız varsa, hansısa şəkildə təcili yardıma müraciət etməlisiz. İkincisi, təmasda olan şəxslərin də test olunması həyata keçirilir. Amma kütləvi testləşmə o halda olur ki, məktəbdə yoluxma halı qeydə alınıb. Vaksinlərlə bağlı məsələ başqadır. Bu, yaşla bağlı məsələdir. Düşünürük ki, 50 yaşdan yuxarı müəllimlərimiz üçün mərhələli şəkildə həyata keçirilməsi düzgündür”.