XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 09:46

Putin İrana raket verməyə tələsmir

C-300.jpg

“C-300 zenit-raket komplekslərinin İrana verilməsi ilə bağlı qərar qəbul olunub. Amma hələlik, C-300 kompleksinin İrana verilməsi vaxtı çatmayıb”. Bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yevgeniy Lukyanov bildirib. Onun sözlərinə görə, bu qərarın icrası ilə bağlı detalların razılaşdırılması üçün müəyyən vaxt lazımdır.

Rusiyanın TASS agentliyi xatırladir ki, C-300 zenit-raket kompleksinin İrana verilməsi ilə bağlı qərar bu il 13 apreldə prezident Vladimir Putin tərəfindən imzalanıb. 2007-ci ildə Mockva və İran C-300 kompleksinin alqı-satqısına dair müqavilə imzalayıblar. Lakin BMT-nin İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra 2010-cu ilin sentyabrında Ruisya birtətəfli qaydada müqavilənin icrasını dayandırıb.

İranla “Altılıq ölkələri” (ABŞ, Britaniya, Rusiya, çin, Fransa, Almaniya) arasında nüvə problemi ilə bağlı çərçivə anlaşması imzalandıqdan sonra Moskva raketlərin verilməsi ilə bağlı qərar qəbul edib. V.Putin bildirib ki, bu, müdafiə silahlarıdır və regiondakı vəziyyəti nəzərə aldıqda çəkindirici amil kimi qiymətləndirilə bilər.

Ekspertlər isə Rusiyanın bu addımının Qərb ölkələri, xüsusən ABŞ və İsrailin ciddi narazılığına səbəb olduğunu xatırladaraq Moskvanın C-300 raketlərinin Tehrana təslim etməyə tələsmədiyini vurğulayırlar. Onların fikrincə, Putin bu məsələdən də sövdələşmə elementi kimi yararlanmağa çalışır.

Strateq.az