XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2021 - 09:43

“Gürcüstan sabahdan “Pfizer” vaksinini alacaq” –Səhiyyə naziri

Fevralın 1-də Gürcüstana Amerikanın “Pfizer” şirkəti tərəfindən istehsal olunmuş koronavirus peyvəndinin birinci partiyası gətiriləcək.

Bu barədə Gürcüstanın Səhiyyə nazirinin müavini Tamara Qabunia bildirib.

Nazir müavininin sözlərinə görə, artıq fevralın ortasında ölkəyə “Pfizer” vaksininin birinci partiyasının 29 250 dozası göndəriləcək.

Onlar səhiyyə sferasının işçiləri üçün nəzərdə tutulub. Tamara Qabunia əlavə edib ki, Gürcüstan “Pfizer”dən başqa, Britaniyanın “AstraZeneca” şirkəti tərəfindən istehsal edilən vaksini də əldə etmək niyyətindədir.

Son məlumata görə, ölkədə koronavirusa 257 632 yoluxma aşkarlanıb, virusa yoluxmuş 248 537 insan sağalıb, 3 159 nəfər ölüb.

Bu həftə məlum olub ki, COVID-19 əleyhinə peyvənd edilənlər fevralın 1-dən Gürcüstana gələ biləcəklər. /Report