XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2021 - 15:21

İranda koronavirus: 1210051 nəfər koronavirusdan sağalıb

İranda ötən sutka ərzində 70 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57959 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6268 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1417999 nəfərə çatıb. Virus daşıyıcılarından 3932 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1210051 nəfər koronavirusdan sağalıb.