XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2021 - 18:26

Ucarda mikroavtobus yol kənarına aşıb:ölən var

Ucarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Ötən gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sərnişin qismində olan Daşkəsən rayon sakini, 1976-cı il təvəllüdlü Rizvan Bayram oğlu Əliyev aldığı xəsarətlərdən ölüb. Daha 2 nəfər isə yüngül xəsarət alıb.      

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat  Şöbəsində araşdırma aparılır. /APA