XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2021 - 22:53

Türkiyədə koronavirus:7006 nəfər sağalıb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 128 nəfər dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin son statistikasında qeyd olunub.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6562 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7006, ağır xəstələr isə 1634 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 477 463 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 362 415 nəfər sağalıb, 25 993 nəfər isə vəfat edib.