XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2021 - 15:02

Nazir müavini:"Qarabağla bağlı iki istiqamətdə fəaliyyət göstərəcəyik"

Gənclər və İdman Nazirliyi Qarabağ məsələsində iki istiqamətdə fəaliyyətə başlamaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, birincisi, Qarabağın dirçəldilməsi yönündə gənclərin rolu, həmin ərazilərdə müxtəlif gənclər layihələrinin icrası ilə bağlıdır.

“Bu layihələr müxtəlif festivallar, konsertlər, düşərgələrin təşkili və liderlik məktəblərindən ibarət olacaq. Digər istiqamət isə Vətən müharibəsində iştrak etmiş gənclərimiz, şəhid ailələri və qazilərlə bağlı görüləcək planlarla əlaqəlidir”.