XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2021 - 16:43

Kəlbəcərdə bütün kəşf edilmiş yataqların monitorinq və diaqnostikasının birinci mərhələsi başlayıb- ETSN

“Kəlbəcərdə mövcud yataqların istismarı ön plandadır”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib. O bildirib ki, ilkin mərhələyə artıq başlanılıb: “Kəlbəcərdə bütün kəşf edilmiş yataqların monitorinq və diaqnostikasının birinci mərhələsi başlayıb, qısamüddətli perspektivlərdə o yataqların diaqnostikasını müəyyənləşdirməliyik. Sonra orta və uzunmüddətli mərhələlərdə bu yataqların effektivlik və önəmlillik dərəcəsinə görə istismarını  nəzərdə tuturuq. Paralel olaraq Kəlbəcərdə həm yataqların istismarı, həm də çoxsaylı filizləşmə, minerallaşma zonalarında dəqiq axtraış kəşfiyyat işlərinin aparılmasını planlaşdırırıq”.