XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2021 - 19:15

Minatəmizləmə Agentliyinə nəzarəti Prezident və İdarə Heyəti həyata keçirəcək

Minatəmizləmə Agentliyinin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi açıqlanıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nizamnaməsində” əksini tapıb.

Qeyd edilib ki, Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyəti həyata keçirəcəklər.

Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparacaq, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edəcək.

Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edəcək. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edəcək. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edəcək.

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.