XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2021 - 11:53

AMEA-nın əməkdaşları attestasiyadan keçiriləcək

AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən işçilərin attestasiyasının keçirilməsinə metodiki köməkliyin göstərilməsi üçün AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin təşkilatçılığı ilə onlayn seminar-məşğələ keçirilib.

AMEA-dan APA-ya verilən məlumata görə, tədbirdə Akademiyanın elmi müəssisə və təşkilatların direktorları, eləcə də kadrlar şöbələrinin müdirləri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyət planlarının, o cümlədən stukturlarının yeniləndiyini, nəticədə işçilərin attestasiyasının keçirilməsinə ehtiyac yarandığını söyləyib: “AMEA Rəyasət Heyətinin 28 yanvar tarixli qərarı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən işçilərin attestasiyasının keçirilməsi qərara alınıb. Attestasiya zamanı insan resurslarına və onların qarşısına qoyulan vəzifələrə yenidən baxılmalı, potensialları aşkarlanmalı, qabiliyyətləri ön plana çəkilməlidir”.

AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasiyev Əmək Məcəlləsinə əsasən, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilərin, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş əməkdaşların, bir vəzifədə faktik olaraq bir ildən az müddətdə çalışan işçilərin, hamilə və sosial məzuniyyətdə olan qadınların attestasiyasının keçirilmədiyini söyləyib.