XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2021 - 13:55

Kürdə batan iki nəfərdən birinin meyiti tapılıb- VİDEO

31 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.

APA-nın Fövqəladə Hallar Nazirlyinin saytına istinadən verdiyi xəbərə görə, aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün  Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.