XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2021 - 15:02

“Tokio-2020″nin qaydaları açıqlandı

Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Paralimpiya Komitəsi və “Tokio-2020″nin Təşkilat Komitəsi Yaponiya paytaxtında keçiriləcək olimpiadanın qaydalarının birinci versiyasını təqdim edib.

“Report” xəbər verir ki, bu barədə IOC-un rəsmi saytı məlumat yayıb.

Qaydaların növbəti versiyasının apreldə dərc ediləcəyi vurğulanıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul – 9 avqustdan bu il 23 iyul – 8 avqusta təxirə salınıb.