XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 11:44

Universitet və kolleclərdə praktiki məşğələlər tələb olunan ixtisaslarda ənənəvi təhsil bərpa olunacaq- Bu tarixdən

Ali və orta ixtisas təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi formada bərpa olunacaq.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.