XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 18:54

Erməni həyasızlığı:Yerevan hucuma görə məsuliyyəti öz üzərindən atmağa çalışır –Bəyanat

 

serkisyan-3

Ermənistan Dağlıq Qarabağdakı son gərginliyə görə məsuliyyəti öz üzərindən atmağa çalışır.

Strateq.az bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda son iki gündə baş vermiş hərbi toqquşmalarda iştirak etmədiyini vurğulayıb. Xatırladaq ki, beynəlxalq təşkilatlar yaydıqları bəyanatlarında məhz Ermənistana müraciət edərək atəşi dayandırmağa çağırıb.

Ermənistan Müdafiə Nazirliyinin bu günki bəyanatda deyilir ki, “onlar beynəlxalq ictimaiyyətin bu çağırışına böyük əhəmiyyət verirlər”. Sonra isə həyasızlıqla bəyan edirlər ki, Ermənistan Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak etmir.

“Ermənistan Dağlıq Qarabağ xalqının təhlükəsizliynin təminatçısı kimi çıxış edir. Eyni zamanda hərbi əməliyyatlara cəlb olunmadığını vurğulayaraq qeyd edir ki, beynəlxalq ictimaiyyətin çağırışı münaqişə tərəfləri olan Azərbaycan və Dağlıq Qarabağa ünvanlanmalıdır”-deyə sənəddə vurğulanır.

Görünür son iki gündə dünya dövlətlərinin verdikləri bəyanatlarda erməni silahlılarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasına edilən çağırış düşməni təşvişə salıb. Müraciətlərin məhz Yerevana ünvanlanmasını “dirijor çubuğu”nun sahibinə olan işarə sayan Ermənistan tez-tələsik “qarabağlı qardaşlarını” yada salmalı olub.