XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 11:10

Rusiya Müdafiə Nazirliyi Ağdamdakı mərkəzdən görüntülər yayıb- VİDEO

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların dayandırılmasına nəzarət vəzifələrini yerinə yetirməyə davam edir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Bildirilib ki, rusiyalı sülhməramlılar “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejimini müşahidə edirlər.

“Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnika, personalın bütün hərəkətləri təhlil edilir və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur”, – nazirlikdən bildirilib.