XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2021 - 14:03

Agentlik sədri:"256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib"

“Pandemiyaya baxmayaraq, 23 rayon və şəhərdə icbari tibbi sığorta uğurla icra olunub”.

APA-nın məlumatına görə, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki,  256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib: “Tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təminat sayı artırılıb. Ötən il tibb müəssisələri 334 növ  dərman vasitəsi ilə təmin olunub. Bu çeşidlər daha da artırılacaq”.