XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2021 - 17:02

BŞTİ:"Əyani tədris təşkil edilən təhsil müəssisələrində mütəmadi monitorinqlər aparılacaq"

Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) və xüsusi məktəblərdə (I-IX siniflərdə) əyani tədrisə start verilməsi nəzərdə tutulur. Ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədrisin bərpası planlaşdırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, fevralın 1-dən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsilə start verilib. Bakıda ibtidai siniflərdə əyani təhsil həftədə 3 dəfə, məktəbəhazırlıq  qruplarda isə həftədə 2 dəfə təşkil olunur.

Əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.