“Böyük Britaniyanın elmi və tibbi təcrübəsi Azərbaycanda həyatları xilas edəcək”.
APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tvitter hesabında paylaşıb.
Səfir qeyd edib ki, Azərbaycanın COVAX vasitəsilə 500.000 doz AstraZeneca/Oxford peyvəndləri alacağını eşitmək çox xoşdur.
Qeyd edək ki, COVAX təşəbbüsündə iştirak edən ölkələr arasında koronavirusa qarşı vaksinlərin paylanmasının ilk aralıq proqnozunda bildirilib ki, Azərbaycan 506 400 doz AstraZeneca/Oxford vaksini alacaq.
COVAX çərçivəsində Gürcüstan 184.800 doz AstraZeneca / Oxford və 29.250 doz Pfizer / BioNTech, Ermənistan isə 146.400 doz AstraZeneca / Oxford alacaq.
Vaksinlərin ölkələrə çatdırılması prosesinə fevral ayının sonunda başlanacaq.