XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 21:02

TƏBİB:"Uşaqlara peyvəndlərin tətbiqi ilə bağlı tədqiqat aparılmayıb"

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) uşaqlara Çin peyvəndlərinin tətbiqinin mümkün olub-olmamasına münasibət bildirib.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, istehsalçı şirkətin tövsiyəsinə əsasən 18 yaşa qədər əhali kütləsinə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir:

Çünki bu istiqamətdə hələ tədqiqat aparılmayib”.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinasiya mərhələli şəkildə həyata keçirilir. Fevralın 8-dən 65 yaşdan yuxarı və digər aidiyyəti üzrə çalışan şəxslərə vurulmasına başlanılacaq.