XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2021 - 22:12

“UNESCO-nun missiyasının Qarabağa səfərinin yaxın vaxtlarda baş tutacağına ümid edirik”- Rusiya XİN

“Bildiyim qədəri ilə hazırda UNESCO-nun ilkin missiyasının Dağlıq Qarabağ və ətraf rayonlara səfərinin təşkili ilə bağlı danışıqlar gedir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O, UNESCO-nun missiyasının Qarabağa səfərinin yaxın vaxtlarda baş tutacağına ümid etdiklərini bildirib.

“Ümid edirik ki, bu səfər regionda qarşılıqlı inamın möhkəmlənməsinə yardım edəcək”, – deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.