XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2016 - 20:12

Kerri və Lavrov Qarabağı müzakirə etdi:“Münaqişəni qızışdıran “kənar oyunçuların” cəhdlərini pisləyirik”

Kerri_Lavrov

 

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağda olan son vəziyyəti telefonla müzakirə ediblər. Kerri və Lavrov regionda hərbi əməliyyatları dayandırmağa çağırıblar.

Strateq.az bildirir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.

Açıqlamada deyilir ki, xarici siyasət idarəsinin rəhbərləri Dağlıq Qarabağda hərbi gərginlikdən ciddi narahat olduqlarını bəyan ediblər və hərbi əməliyyatların dərhal dayandırılması çağırışlarını təsdiqləyiblər.

 “ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin-ABŞ, Rusiya və Fransanın səylərini aktivləşdirmək qərara alınıb. Kerri və Lavrov Qarabağ ətrafında münaqişəni qızışdırmaq istəyən ayrı-ayrı “kənar oyunçuların” cəhdlərini pisləyiblər”,-deyə məlumatda vurğulanıb.

  Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.