XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2021 - 15:58

“Azercell” “Sərbəst” tarif paketlərini yeniləyib- FOTO

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkəti təklif etdiyi “Sərbəst” tarif paketlərini yeniləyib.

Şirkətdən verilən məlumata görə, yenilənən tarif paketləri müştərilərə rabitə xərclərinə qənaət edib, əlverişli və rahat ünsiyyətdən yararlanmaq imkanı yaradır.

“Azercell” müştərilərinə “Sərbəst 10” tarifi çərçivəsində ayda cəmi 10 manat ödəməklə 2GB internet və 350 ölkədaxili dəqiqə; “Sərbəst 15” tarifində ayda 15 manata 5 GB internet və 500 ölkədaxili dəqiqə; “Sərbəst 25” tarifində ayda 25 manata 15 GB internet və 850 ölkədaxili dəqiqə; “Sərbəst 50” tarifində ayda 50 manata 25 GB internet və 2 500 ölkədaxili dəqiqə; “Sərbəst 75” tarifində ayda 75 manata 60 GB internet və 4 000 ölkədaxili dəqiqə təklif edir.

“Azercell” “Sərbəst” tariflərində danışıq və interneti daha da əlçatan etməklə yanaşı, həmçinin “Facebook Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə 1GB həcmində pulsuz yazışma imkanı verir.

“Azercell”in Fakturasız xətt abunəçiləri S10, S15, S25, S50 və ya S75 açar sözlərini 7575 qısa nömrəsinə göndərərək, müvafiq olaraq “Sərbəst 10”, “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” və ya “Sərbəst 75” tarif paketlərinə qoşula bilərlər.

Eyni zamanda, fakturalı xətt abunəçiləri isə “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” və ya “Sərbəst 75” tariflərini aktivləşdirmə imkanına malikdirlər.