XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2021 - 23:05

“Ümid edirik ki, Mincivan yenidən regional nəqliyyat habına çevriləcək”- Hikmət Hacıyev

“Sovetlər dövründə Mincivan regional nəqliyyat habı rolu oynayıb. Lakin erməni işğalından sonra tamamilə məhv edilib. Dəmir yolu relsləri metal kimi satılıb. Biz bu nəqliyyat habını yenidən bərpa etmək niyyətindəyik”.

APA xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.

“Ümid edirik ki, Mincivan yenidən regional nəqliyyat habına çevriləcək və Ermənistan tərəfi bu məsələyə qoşularaq qətiyyətli olduğunu nümayiş etdirəcək. Eləcə də bütün məsələlərdən lazımi nəticə çıxaracaq”, – deyə H.Hacıyev bildirib.