XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2021 - 12:25

Rusiyada terror əməliyyatı:İŞİD terror təşkilatına sədaqət andı içmiş beş gənc saxlanılıb

Rusiyanın Stavropol diyarında İŞİD terror təşkilatının beş üzvü saxlanılıb.

İlkin məlumata görə, onlar arasında həddi-buluğa çatmayan da var.

“Ötən həftə Stavropol diyarında terror qrupunun aşkarlanması üzrə operativ-axtarış tədbirləri keçirilib. Nəticədə İŞİD terror təşkilatına sədaqət andı içmiş beş gənc saxlanılıb”, – mənbə agentliyə bildirib.

“Hazırda qrup üzvlərinin terror cinayətlərində iştirakı araşdırılır, onların terrorçularla mümkün əlaqələri müəyyənləşdirilir”, – mənbə əlavə edib.