XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 22:12

Almaniyadakı Azərbaycan təşkilatından ordumuzadəstək

 

nurenberq

Almaniyada fəaliyyət göstərən “Bakı – Nurenberq Mədəniyyət və Təhsil Mərkəzi”  son günlərdə cəbhə zonasında baş verən hadisələrlə bağlı idarə heyətinin geniş iclasını keçirib. İdarə Heyətinin sədri Mirhüseyn Cəlil və sədr müavini, professor Yaşar Musayevin iştirakı ilə iclasda təmas xəttində vəziyyət müzakirə edilib və Azərbaycan ordusunun şəhid olmuş əsgər və zabitlərinin xatirəsi sukutla yad edilib. Təşkilat Ermənistanın Azərbaycana qarşı təxribat əməllərini kəskin pisləyib və ordumuzun düşmənə endirdiyi zərbələri alqışlayıb.

İclasın sonunda "Baki-Nurnberq Mədəniyyət və Təhsil Mərkəzinin" beyanatı qəbul edib.

Mərkəz öz bəyanatında xaricdə fəaliyyət göstərən diaspora qurumlarını  Azərbaycan xalqı və onun prezidenti, ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.

“Hər bir azərbaycanlı var qüvvəsi ilə öz ölkəsinə və ordusuna maddi və mənəvi dəstək verməlidir. Azərbaycanın işi haqq işidir. Azərbaycan ordusuna eşq olsun!”, -deyə bəyanatda vurğulanıb.