XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2015 - 13:16

Prezident və xanımı yeni mərkəzin açılışını ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər.

Strateq.az xəbər verir ki, Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni inşa edilmiş “Dalğa Beach-Aqua Park”da yaradılan şəraitlə bağlı dövlət başçısına məlumat verilib.

Qeyd edildi ki, “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, özünəməxsus üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda süni dalğalar vasitəsilə qonaqlar sörfinqlə məşğul ola biləcəklər.

İstirahət mərkəzində 26 min kvadratmetr sahəsi olan çimərlik zonası da yaradılıb.