XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Fevral 2021 - 22:18

Neftçalada avtomobillə motosiklet toqquşub:xəsarət alanlar var

Neftçalada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Neftçala şəhərində, Mərkəzi kitabxananın yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili ilə motosiklet toqquşub.

Qəza nəticəsində Neftçala şəhər M.Ə. Sabir küçəsində yaşayan, 1997-ci il təvəllüdlü İsmayılov Emil Amil oğlu və 1999-cu il təvəllüdlü Əliyev Səid Murad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.