XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2021 - 23:06

Masallıda yol qəzası:2-si azyaşlı olmaqla 5 nəfər xəsarət alıb

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Masallı rayonunun Təklə kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini Ümid Zahid oğlu Tağıyevin idarə etdiyi “Hyundai” markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan 5 nəfər – sürücü, 1973-cü il təvəllüdlü Namiq Cəfərov, sərnişinlər, 1962-ci il təvəllüdlü Əhliman Kərimov, 1995-ci il təvəllüdlü Leyla Kərimova, 2017-ci il təvəllüdlü Aylin Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri qadın, ikisi kişi, ikisi isə uşaqdır.

Faktla bağlı araşdırma aparılır.