ABŞ-ın vitse prezidenti Co Bayden Azərbaycan və Ermənistan prezidentləri ilə əlaqə saxlayıb.
Strateq.az bildirir ki, Bayden bu barədə özünün tvitter səhifəsində yazıb. Vitse-prezident dövlət başçıarını Dağlıq Qarabağ ətrafında situasiyanı tənzimləməyə çağırıb.
“Prezident Əliyev və Sarksiyana dedim ki, Dağlıq Qarabağ probleminin hərtərəfli həlli çox mühümdür. Bu sabitlik, təhlükəsizlik və inkişaf üçün vacibdir”, -deyə Bayden yazıb.