XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 15:33

Polkovnik:"Ordumuz müharibə vaxtı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib"

Azərbaycan Ordusu döyüş hazırlığına uyğun olaraq səhra vərdişlərinin daha da artırılması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın məlumatına görə, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının zabiti polkovnik Pərviz İbrahimov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonrakı təhlillər onu göstərir ki, ordumuz müharibə vaxtı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib: “Hazırda qarşımızda duran əsas vəzifələr – gecə məhdud görmə şəraitdə dağlıq ərazilərdə düşmənə daha da kəskin zərbələr endirmək, atəş tapşırıqlarını yerinə yetirmək üçün pilotsuz uçuş aparatları ilə qarşılıqlı fəaliyyəti geniş tətbiq etmək və onlardan alınan kəşfiyyat məlumatlarını analiz etməkdir”.