XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2021 - 19:51

“Aeroflot” Moskva-Bakı reysi ilə müntəzəm uçuşları bərpa edir- Bu tarixdən

Rusiyanın “Aeroflot” aviaşirkəti Moskvadan Bakıya müntəzəm reysləri bərpa edir.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Məlumata əsasən, uçuşlar fevralın 17-dən bərpa olunur. Moskva-Bakı marşrutu ilə uçuşlar çərşənbə və bazar günləri, əks istiqamətdə isə bazar ertəsi və cümə axşamı günləri baş tutacaq

Eyni zamanda, “Aeroflot” Qazaxıstan, Hindistan və Ermənistana da uçuşları bərpa edir.