XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 22:33

“2016-cı ildən 21 mindən çox hərbçi Türkiyə Silahlı Qüvvələri sıralarından xaric edilib”- Hulusi Akar

2016-cı il iyulun 15-dən bu günədək FETÖ terror təşkilatı ilə mübarizə tədbirləri çərçivəsində Türkiyə Silahlı Qüvvələri (TSK) sıralarından ümumilikdə 21 min 147 nəfər xaric edilib. Onlardan 150-si general, admiral rütbəlidir.

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir dövlət çevrilişinə cəhddən əvvəl təqaüdə çıxan 1639 hərbçinin də rütbəsinin alındığını vurğulayıb. Qeyd edib ki, hazırda barəsində müvafiq prosedurların davam etdiyi 3275 şəxs müvəqqəti olaraq Türkiyə Silahlı Qüvvələrindən uzaqlaşdırılıb.

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri barədə məlumat verən nazir Yunanıstanın Krit adasında Rusiya istehsallı S-300 hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyini xatırladıb. Hulusi Akar Varşava Müqaviləsinə üzv olan və daha sonra NATO-ya üzv seçilən bir çox Avropa ölkəsinin də hələ sovet dövrünə aid silah sistemlərinə sahib olduğunu vurğulayıb.