XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2021 - 10:33

“Twitter” ötən ili 1,14 milyard dollarlıq xalis zərərlə başa vurub

2020-ci ildə “Twitter”in xalis zərəri bir il əvvəlki mənfəətə qarşı 1,136 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabat ilində şirkətin səhm üzrə seyrəltilmiş zərər bir il əvvəl 1,87 dollar mənfəətə qarşı 1,44 dollar olub.

Buna baxmayaraq, “Twitter”in ötənilki gəliri 2019-cu ilə nisbətən 4,4% artaraq 3,716 mlrd. dollar təşkil edib.

Ötən ilin IV rübündə şirkətin xalis mənfəəti illik ifadədə 1,8 dəfə artaraq 222,116 mln. dollara çatıb. Şirkətin səhm üzrə seyrəltilmiş mənfəəti 2019-cu ilin oktyabr-dekabr aylarındakı 0,15 dollara qarşı 0,27 dollar səviyyəsində olub. “Twitter”in rüblük gəliri illik ifadədə 28% artaraq 1,289 mlrd. dollar təşkil edib. Ekspertlər bu rəqəmin 1,18 mlrd. dollar olacağını proqnozlaşdırdı.

Dördüncü rübdə monetizasiya olunan gündəlik istifadəçilərin (mDAU) orta sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 192 milyona çatıb.