XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2021 - 12:33

XİN başçısının müavini:"Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi çox yaxşı nümunədir"

“Qarabağda atəşkəsə nəzarət üçün yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regionda vəziyyətin normallaşması istiqamətində həyata keçirilən fəaliyyətə çox yaxşı nümunədir”.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.

“Bu yaxınlarda bir sıra KİV-lər Türkiyənin guya Azərbaycanda hərbi hava bazaları inşa edəcəyi barədə xəbərlər yaydılar. Ancaq həmin məlumatlar tez bir zamanda “itdi”. Bu cür planlar Rusiyaya məlumdur? Biz Qarabağdakı münaqişəsinin yekununda Türkiyənin Cənub Qafqazda hərbi varlığının güclənməsindən qorxmuruq?” sualına cavabında nazir müavini deyib: “Biz Türkiyə ilə birlikdə yanvarın 30-dan Ağdamda hərbi istiqamətdə Dağlıq Qarabağda münaqişə zonasındakı atəşkəsə nəzarət üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi çərçivəsində birgə fəaliyyət göstəririk. Bu mərkəz regionda vəziyyətin normallaşması istiqamətində fəaliyyətə çox yaxşı nümunədir”.