Separatçı Dağlıq Qarabağ rejimi “Müdafiə nazirliyi” itkilərlə bağlı yeni məlumat açıqlayıb.
Məlumatda aprelin 1-dən bu yana baş verən toqquşmalarda 20 Ermənistan hərbçisinin həlak olduğu, 72 nəfərin yaralandığı bildirilir. Bundan başqa 26 hərçinin itkin düşdüyü xəbər verilir. Separatçı rejim həmçinin Ermənistan tərəinin 7 tank itirdiyini etiraf edir.
Şimal və cənubda ümumilikdə 8 post itirdiyini, Azərbaycan ordusunun irəlilədiyini deyir.
Azərbaycan ordusu isə aprelin 2-dən cəbhədə gedən döyüşlərdə ümumilikdə 15 hərbçi itirdiyini bəyan edib.