XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 14:30

Qafqazda siyasi liderlər yetişdirəcək ilk akademiya təsis olunub

Qafqaz regionunda Birlik – Apolitik (qeyri-siyasi) Akademiya açılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təsisat Qlobal Apolitik Akademiyanın bölməsi kimi fəaliyyət göstərəcək.

Birlik – Apolitik Akademiyanın təsisçiləri Gürcüstanın keçmiş iqtisadiyyat və dayanıqlı inkişaf naziri Vera Kobaliya, Fermerlər Assosiasiyasının sədri Nino Zambaxidze və Maliyyə Nazirliyi Aparatının sabiq rəhbəri Valeri Çexeriyadır.

“Birlik” bölgədə siyasətçilər və dövlət vəzifələri tutmağa hazırlaşanların təhsil alacağı ilk siyasi akademiyadır. Qeyri-kommersiya təşkilatı Gürcüstan, Azərbaycan, Ermənistan və Şimali Qafqazda etik və novatar siyasi liderlər şəbəkəsini gücləndirməyi hədəfləyib.