XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2021 - 14:46

Dumanlı hava şəraiti sabah da davam edəcək- Nazirlik

“Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur”.

Bunu APA-ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, arabir güclənən cənub-şərq küləyinin üstünlüyü yerüstü təbəqədə havanın temperaturunun aşağı düşməsinə və inversiya yaranmasına səbəb olub: “Bu da dumanın əmələ gəlməsinə  şərait yaradır. Fevralın 11-12-də fasilərlə duman olacağı gözlənilir”.