XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 18:02

“Həm paytaxt, həm də regionlarda vaksinasiya poliklinikalarda aparılır”- TƏBİB

Həm paytaxt, həm də regionlarda yaşı 65-dən çox olanların peyvənd olunması onların qeydiyyatda olduğu poliklinikalarda aparılır.

Bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, insanlar növbəlilik prisnipinə əməl etməklə poliklinikalarda peyvənd oluna bilərlər.

N.Mustafayeva qeyd edib ki, 65 yaşlı şəxslər internet üzərində görüş saatı müəyyən edərək poliklinikaya müraciət edə bilər:

“Ancaq bu, o demək deyil ki, görüş saatı almadan peyvənd oluna bilməzsən. Şəxs peyvənd olunmaq üçün poliklinikaya telefonla zəng edərək gedə bilər. Poliklinikaya birbaşa gedənlər də geri qaytarılmayacaq. Amma görüş saatını müəyyən etmək həm tibb işçiləri, həm də peyvəndə görə müraciət edən şəxsi üçün rahat olacaq”.