XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2021 - 20:13

“Türk hava yolları” Gəncəyə uçuşları bərpa etməyi planlaşdırır- Bu tarixdən

“Türk hava yolları” aviaşirkəti Gəncə şəhərinə uçuşları bərpa etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.

Onun sözlərinə görə, Gəncə, Göygöl, Gədəbəy və Naftalanın turizm potensialının inkişafı turistlərin sayına müsbət təsir göstərir:

“Bu amilləri nəzərə alaraq biz Gəncəyə münasib qiymətlərlə aviareysləri təşkil etməyi planlaşdırırıq”.

Gəncəyə reyslərin 2021-ci il mayında başlanması nəzərdə tutulur.