XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Fevral 2021 - 15:52

DİM:"Magistraturalarına sənəd qəbulu davam edir"

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.

Strateq.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu gün saat 15:15-ə qədər 8337 bakalavrın sənədi təsdiq edilib, onlardan 7583-ü Azərbaycan, 754-ü isə rus bölməsindəndir.

Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib. İmtahanda iştirak etmək istəyən bakalavrlar fevralın 18-i saat 23:59-dək sənəd verə bilərlər.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.