XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2021 - 09:00

Hövsanda avtomobil hasara çırpılıb:17 yaşlı qız yaralanıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

İdarəetməni itirərək hasara çırpılan avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Məmmədzadə Məsumə Allahverən qızı ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş beyin əziyi və alın sümüklərinin sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.