XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2021 - 09:36

Hindistanda mikroavtobus yük maşını ilə toqquşub:14 nəfər ölüb

Hindistanda ölkənin cənub-şərqində yerləşən Andra-Pradeş ştatında baş verən qəzada 14 nəfər ölüb, dörd nəfər yaralanıb.

Bu barədə “Times of İndia” qəzeti məlumat yayıb.

Məlumata görə, bir mikroavtobus yük maşını ilə toqquşub və 14 nəfər yerindəcə ölüb. Ölənlər arasında bir uşağın olduğu qeyd edilir. İki uşaq da daxil olmaqla dörd nəfər ağır yaralanıb.

Qəzetin yazdığına görə, zərərçəkənlər xəstəxanaya göndərilib, vəziyyətləri ağır olaraq qiymətləndirilir. /APA