XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2021 - 10:48

Gürcüstanda koronavirus:258 093 nəfər sağalıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  357 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 265 557, ölənlərin sayı isə 3 352 nəfərə çatıb.

Virusa yoluxanlardan 258 093 nəfərin sağaldığı bildirilir.