XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2015 - 14:37

Dünyanı dəyişdirmiş məşhur körpələr: Siyasətçilərin nadir uşaqlıq -FOTOLARI

stalin usaq.jpg

Tarixidə iz qoymaq olar. Amma bu izlə səni necə xatıralayacaqları da mühüm sualdır.

Dahi Viktor Hüqo “dünyada uşaq qığıltısından təntənəli himn yoxdur”, – deyib. Uşaqlar kim olmağı arzulamırlar ki? Həkim, polis, müəllim, kosmonavt…

Amma taleyinə dünyanı dəyişdirmək, onun tarixini yenidən yazmaq düşmüş uşaqlar da olub.

Fotolarda onlar məsumdurlar. Hərə öz dövrünün ümidlərini daşıyır. Amma təqdim etdiyimiz bu körpələrin qismətində dünyanı qana çalxalamaq, böyük insan faciələri ilə nəticələnəcək səhvlər, bəşəriyyətin ümidlərini daşımaq missiyası düşübmüş…

Strateq.az dünyanın tanınmış dövlət xadimlərinin körpəlik fotolarını təqdim edir:

stalin usaq.jpg

İosif Cuqaşvili-Stalin: Bir az eqoist ədası ilə fotoda poz verən balaca İosif bəşəriyyəti yeni formasiyaya aparacaq siyasi fırtınanın lideri olacaq. Taleyinə milyonları sürgündə çürütmək, böyük repressiayar, Böyük Vətən Müharibəsindən qalib çıxmaq və Avropanı bölmək düşəcək. “Xalqlar ata”sı olacaq…

hitler ussaq.jpg

Adolf Hitler: Bu körpənin məsum üzündə gələcək qəddarlığından nişanə belə yoxdur. Alman xalqını birləşdirərək onu özünün nasional-sosilazm ideyasında darmadağın edən Adolf bəşər tarixini tar-mar edəcək müharibənin səbəbkarı olacaq.

corcill ucaq.jpg

Uniston çörçill: Marlboro aristokrat nəslindən olan uşağın zadəgan ədası ilə pozası İngiltərə üçün xarakertikdir. Bu uşaq böyüyəcək və əlində siqar dünya siyasi xəritiəsinin yeni memarlarından olacaq. Qərblə SSRİ arasında “dəmir pərdə”nin əsasını qoyaraq məşhur Fulton çıxışı ilə “soyuq müharibə”nin ideoloquna çevriləcək.

con kennedi ucaq.jpg

Con Kennedi: Bütün dünyanın həyəcanla gözlədiyi nüvə müharibəsinin düyməsinin bir addımlığında oturmaq qismətini yaşadı… Karib böhranı onu tarixə yazdı. Kennedi iki ideoloji sistemin-kapitalizm və sosializmin dinc yanaşı yaşamasını isbat etməyi bacardı..

qorbacov usaq.jpg

Mixail Qorbaçov: Yenidənqurma onun üçün SSRİ-ni islah etmək cəhdi idisə, tarix üçün böyük bir formasiyanın dağılmasının ilkin siqnalı oldu. Balaca Mişanın gələcək taleyinə ABŞ-la “soyuq müharibə”ni dayandırmaq yazılsa da SSRİ-nin suqutu kimi epoxal hadisəyə səbəbkar olmaq da vardı.

reyqan 12 yas  1923.jpg

Ronald Reyqan: Gələcəkdə kinoaktyor olacaq bu uşaq üçün dünya elə böyük çəkiliş meydanı kimi də qaldı.

tetcer usaq.jpg

Marqaret Tetçer: “Dəmir Ledi” İngiltərə tarixinə “tetçerizmi” yazmaqla mühafizəkar baxışların iti müdafiəçisi kimi düşdü. Fəhlə aksiyalarının qənimi olacaq Tetçer uşaq vaxtı yaşadığı müharibənin dəhşətini bütün ömrü boyu gəzdirdi. Almaniyanın birləşməsini qətiyyən istəməyən Marqaret almanların yenidən qayıda biləcəyindən qorxurdu.

bus korpe.jpg

Corc Buş: 12 sentyabr, İraqa hucum, Yaxın Şərqdəki qan çanağı bu balaca Buşun adı ilə bağlanacaq. “Xalqlara demokratiya” şüarı müsəlman ölkələrində dizə çıxan qanla müşayət olunacaq. Yaxın Şərqin 60-cı illərdən sonar formalaşmış düzəni darmadağın olacaq.

Saddam 3 yasinda.jpg

Səddam Hüseyn: İraq xalqına ümid gətirəcək bu uşaq geopolitik güclərin davasında buraxdığı səhvlərinə görə öz xalqına acılardan başqa bir şey verməyəcək. Onu edam edəcəklər. Ərəb dünyasının sonuncu sosialistlərindən olan Səddam dar ağacındakı son nəfəsində Quran oxuyaraq əbədi gedəcək.

putin ucaq.jpg

Vladimir Putin: Rusiyanı “vahiməli 90-lardan” xlas edəcək bu uşaq SSRİ-nin gizli nostaljisini daim daşıyacaq. Bu gün üçün Putin ən ciddi avtoritet sayılır, amma SSRİ suqut etmsəydi o indi yəqin ki, KQB idarələrinin ortabab məmurlarından idi.

obama korpe.jpg

Barak Obama: çürük dişləri ilə gülümsəyən balaca Barak böyük Amerikanın ayaqları altında olacağını bəlkə də ağlına da gətirməyib. Amma Obamanın payına dünyanın ən mürəkkəb dövründə prezidentlik etmək yazılıbmış.

bashar asad usaq.jpg

Bəşər Əsəd: İndi bütün dünya fotodakı bu uşağın devrilməsi üçün əlləşir. Göz həkimi olacaq Bəşərin Londondakı həkim arzularına böyük qardaşının qəfil ölümü son qoyacaq. Atası Hafiz Əsəd varis kimi Bəşərin üzərində dayandı. Suriya üçün islahatçı olmağa and içən doctor Bəşər indi əcinnəyə çevrilib. Onun təşəbbüsü ilə Suriyada fəaliyyətə başlayan internet indi Əsədin qəbirqazanına dönüb.

Xaqani SƏFƏROĞLU