XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2021 - 18:28

İranda koronavirus:1 milyon 298 min 23 xəstə sağalıb

Son sutka ərzində İranda koronavirusa 7 min 390 nəfər yoluxub, 62 nəfər isə infeksiyadan həyatını itirib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 518 min 263 nəfərə, ölənlərin sayı isə 58 min 945-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 709 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 1 milyon 298 min 23 xəstə sağalaraq evə buraxılıb.

Mətbuat katibinin sözlərinə görə, İran və Rusiyanın müvafiq qurumlarının əldə etdikləri razılaşmaya əsasən, müəssisə yaradılaraq Tehranda birgə vaksin istehsalına başlanılacaq.

Sima Lari onu da nəzərə çatdırıb ki, hazırda İranda əhaliyə peyvənd vurulması davam edir. Gələn ilin sonuna kimi əhalinin 70 faizinə peyvənd vurulacaq. İran Rusiya istehsalı olan “Sputnik V” peyvəndinə üstünlük verib. Rusiyadan İrana artıq 1 milyon 500 min doza vaksin gətirilib. Fevralın sonuna kimi İran Rusiyadan yenə vaksin alacaq. /Azərtac