XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2021 - 20:15

“Pençe Kartal-2” əməliyyatı:Türkiyə Ordusunun məhv etdiyi terrorçuların sayı 53-ə çatdı

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında PKK-nın daha üç terrorçusunun məhv edildiyini bildirib.

Nazirliyin xəbərində qeyd olunur ki, terrorçular Qara ərazisində pilotsuz uçuş aparatı vasitəsilə zərərsizləşdirilib.

Beləliklə, Türkiyənin Silahlı Qüvvələrinin regionda keçirdiyi “Pençe Kartal-2” (“Qartal caynağı”) əməliyyatı çərçivəsində məhv edilmiş terrorçuların sayı 53 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə sərhədlərinin təhlükəsizliyin təmin olunmasına və daha əvvəl terrorçular tərəfindən oğurlanmış vətəndaşlarının axtarışlarına yönəldilmiş “Pençe Kartal-2” (“Qartal caynağı”) əməliyyatı 2021-ci ilin 10 fevralında başlanmışdı.

Hərbi Hava Qüvvələrinin əməliyyatı çərçivəsində terrorçular tərəfindən sığınacaq və anbarlar kimi istifadə edilən 50-dən çox obyekt məhv edilib. /Report